Dalga Televiziyasi Azərbaycanlı deputatlar AŞPA-da Rusiya-Gürcüstan müharibəsinin nəticələrinə dair müzakirələrdə iştirak edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2778
DünənDünən4121
Bu həftəBu həftə25486
Bu ayBu ay56148
Bu günə qədərBu günə qədər8799434

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanlı deputatlar AŞPA-da Rusiya-Gürcüstan müharibəsinin nəticələrinə dair müzakirələrdə iştirak edəcək

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov AŞPA-nın Monitorinq, Hüquq məsələləri və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 5-dən 8-dək Parisdə səfərdə olacaqlar. Monitorinq prosesinin təkmilləşdirilməsi, Azərbaycan və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələri, Fransa üzrə monitorinq prosesinin başlanmasına dair təklif, Rusiya və Gürcüstan arasında 2008-ci il müharibəsinin nəticələri, insan orqanları ilə ticarətlə mübarizəyə dair Avropa Şurası Konvensiyasının müzakirəsi, insan haqları sahəsində pozuntulara görə beynəlxalq təşkilatların məsuliyyəti, Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsi zərurəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. 

Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Saytda Axtarış

Son xəbərlər