Dalga Televiziyasi Gələn il Gürcüstanda “NATO-Gürcüstan 2019” çoxmillətli təlimləri keçiriləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1098
DünənDünən2716
Bu həftəBu həftə6536
Bu ayBu ay3814
Bu günə qədərBu günə qədər7492031

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gələn il Gürcüstanda “NATO-Gürcüstan 2019” çoxmillətli təlimləri keçiriləcək

Gələn il Gürcüstanda “NATO-Gürcüstan 2019” çoxmillətli təlimləri keçiriləcək. Birgə təlimlər Gürcüstan Silahlı Qüvvələrinin modernləşdirilməsi, NATO standartlarına uyğunlaşdırılması və inteqrasiyasının sürətləndirilməsi məqsədilə keçiriləcək. 

Bu sözləri Gürcüstanın müdafiə naziri Levan İzoria bu gün rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı illik hesabat verərkən deyib. 

Nazirin sözlərinə görə, təlimlərdə NATO-ya üzv və tərəfdaş ölkələrin, o cümlədən Cənubi Qafqaz dövlətlərinin hərbi qulluqçularının da iştirakı nəzərdə tutulub. 

L.İzoria Gürcüstanın hərbi qüdrətinin artırılması, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması, əməkhaqlarının, silahlı qüvvələrin döyüş və müdafiə qabiliyyətinin artırılması, beynəlxalq əməkdaşlığın perspektivləri barədə məlumat verib.

Saytda Axtarış

Son xəbərlər