Dalga Televiziyasi “Mitinqdə jurnalistlərlə bağlı insident olmadı”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5427
DünənDünən6004
Bu həftəBu həftə36370
Bu ayBu ay42158
Bu günə qədərBu günə qədər8403789

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Mitinqdə jurnalistlərlə bağlı insident olmadı”

alt

Azərbaycan Mətuat Şurasının monitorinq qrupu avqustun 18-də Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilmiş icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə qarşı hər hansı maneə qeydə almayıb. 

Bu barədə MŞ-dən məlumat verilib.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış və MŞ-nin icraçı katibi Rəhim Hüseynzadənin rəhbərlik etdiyi monitorinq qrupunun üzvlərinə, həmçinin qurumun Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət edilməyib.

MŞ-nin mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə də prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil olmayıb.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

Saytda Axtarış

Son xəbərlər