Dalga Televiziyasi SOCAR-ın yanacaqdoldurma məntəqəsi innovasiya, yanacağın keyfiyyəti və xidmət səviyyəsinə görə MDB-də birinci olmuşdur
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5150
DünənDünən6004
Bu həftəBu həftə36093
Bu ayBu ay41881
Bu günə qədərBu günə qədər8403512

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR-ın yanacaqdoldurma məntəqəsi innovasiya, yanacağın keyfiyyəti və xidmət səviyyəsinə görə MDB-də birinci olmuşdur

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altUkraynada “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma (YDM) məntəqələrindən biri Rusiyanın “Müasir YDM” jurnalı tərəfindən MDB üzrə sentyabr ayının ən yaxşı yanacaqdoldurma kompleksi elan edilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDN-SOCAR) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Kiyevin 11 kilometrliyində, “Borispol” beynəlxalq hava limanına gedən yolun üzərində yerləşən YDM üç əsas xüsusiyyətinə - innovasiya, yanacağın keyfiyyəti və xidmət səviyyəsinə görə fərqlənmişdir. Münsiflər heyəti ənənəvi Azərbaycan motivləri ilə müasir trendlərin, Şərq qonaqpərvərliyi ilə Avropa keyfiyyətinin unikal şəkildə birləşdirilməsini xüsusi vurğulamışdır.
YDM-də müştərilərin bütün arzuları nəzərə alınmış, interyerin tərtibatı, kafenin, “SOCAR FM” radiosunun fəaliyyəti kimi ən kiçik detallara da xüsusi diqqət yetirilmişdir. Avtomobil sahibləri burada yüksək keyfiyyətli yanacaq və xidmətlə təmin olunurlar. Bütün bu keyfiyyətlər sayəsində YDM ekspertlərin, münsiflər heyətinin rəğbətini, müştərilərin etibarını qazanmışdır.

Saytda Axtarış

Son xəbərlər