Gürcüstanın prezidenti seçildi
Gürcüstanda dünən keçirilən prezident seçkilərində hakimiyyətdəki “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvilinin qalib gəlməsi barədə ilkin nəticələr təsdiqlənib.
Gürcüstan mətbuatının məlumatına görə, seçki məntəqələrinin 80 faizindən çoxunda protokollar hesablanıb. Georgi Marqvelaşvili 62 faizdən çox səs toplayaraq rəqiblərini geridə qoyub. Digər namizədlər - David Bakradze 21, Nino Burcanadze 10 faiz səs toplayıb.
< Əvvəlki | Növbəti > |
---|