Dalga Televiziyasi Ukraynadan Gülər Əhmədova barədə ilginc sənəd
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3979
DünənDünən6004
Bu həftəBu həftə34922
Bu ayBu ay40710
Bu günə qədərBu günə qədər8402341

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ukraynadan Gülər Əhmədova barədə ilginc sənəd

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Bu gün sabiq deputat, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan Gülər Əhmədovanın məhkəmə prosesi davam edəcək. 

G.Əhmədovanın vəkili məhkəmədə icazəsiz video çəkilişdən məhkəmədə sübut kimi istifadə edilməməsi üçün vəsatət qaldıracaq. Ancaq bununla bağlı Konstitusiya Məhkəməsindən qanunun müvafiq maddəsinə şərh olmaq mümkün olmayıb. 

Buna görə də G.Əhmədovanın müdafiəçiləri qanunun bu maddəsi ilə bağlı Ukrayna Konstitusiya Məhkəməsini şərhindən istifadə etməyi nəzərdə tutub. 

AzNews.az xəbər verir ki, sözügedən şərh G.Əhmədovanın keçmiş vəkili, məhkəmə ərəfəsində G.Əhmədova ilə müqaviləsinə xitam verilən Raqif Mustafayev tərəfindən əldə edilib. Ancaq məhkəmədə R.Mustafayev G.Əhmədovanın vəkili kimi çıxış etmədiyindən sözügedən şərhdən hansı formada istifadə ediləcəyi hələlik məlum deyil. 

Xəbəri AzNews.az-a təsdiqləyən R.Mustafayev bildirib ki, qanunsuz çəkiliş və səs yazısından məhkəmədə sübut kimi istifadə olunmaması barədə Ukrayna Konstitusiya Məhkəməsini şərhini o, şəxsi təşəbbüsü ilə əldə edib: 

“Bizim Konstitusiya Məhkəməsi belə şərh vermədi. Ona görə də mən istintaq müddətində bu barədə araşdırma apardım. Ukrayna və Azərbaycan Konstitusiyaları oxşardır. Bizim Konstitusiya Məhkəməsindən fərqli olaraq Ukraynanın Konstitusiya Məhkəməsi qanunun müvafiq maddəsinə şərh verib və həmin şərhdən məhkəmə prosesində istifadə nəzərdə tutulurdu. Ancaq mən daha Gülər Əhmədovanın vəkili deyiləm və topladığım bütün materialları digər vəkilə təqdim etmişəm. Onun məhkəmədə həmin materialdan necə istifadə edəcəyini isə söyləyə bilmərəm”. 

Saytda Axtarış

Son xəbərlər