Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi: “Rusiya ilə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasına hələ çox var”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Gürcüstan və Rusiya arasında mehriban qonşuluq münasibətlərinin bərpa olunmasına hələ çox var”. Bunu Gürcüstan baş nazirinin Rusiya ilə qarşılıqlı əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətləri ilk növbədə dirəndiyi dalandan çıxarmaq, sonra mehriban qonşuluq münasibətləri qurmaq lazımdır: “İlk növbədə münasibətlərdəki kəskin problemləri, o cümlədən 2008-ci ilin avqust hadisələrindən sonra yaranmış problemləri aradan qaldırmaq lazımdır”.

Z.Abaşidze qeyd edib ki, bu kəskin problemlərin müzakirəsindən sonra onların həlli perspektivi yaranacaq: “Gürcüstanın yeni hökuməti bir il ərzində Rusiya ilə ticarət-iqtisadi, mədəni və humanitar əlaqələrin bərpası və inkişafı yolunda ilk uğurlu addımlarını atıb”.