Dalga Televiziyasi Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi: “Rusiya ilə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasına hələ çox var”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün938
DünənDünən5773
Bu həftəBu həftə37654
Bu ayBu ay43442
Bu günə qədərBu günə qədər8405073

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi: “Rusiya ilə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasına hələ çox var”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Gürcüstan və Rusiya arasında mehriban qonşuluq münasibətlərinin bərpa olunmasına hələ çox var”. Bunu Gürcüstan baş nazirinin Rusiya ilə qarşılıqlı əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətləri ilk növbədə dirəndiyi dalandan çıxarmaq, sonra mehriban qonşuluq münasibətləri qurmaq lazımdır: “İlk növbədə münasibətlərdəki kəskin problemləri, o cümlədən 2008-ci ilin avqust hadisələrindən sonra yaranmış problemləri aradan qaldırmaq lazımdır”.

Z.Abaşidze qeyd edib ki, bu kəskin problemlərin müzakirəsindən sonra onların həlli perspektivi yaranacaq: “Gürcüstanın yeni hökuməti bir il ərzində Rusiya ilə ticarət-iqtisadi, mədəni və humanitar əlaqələrin bərpası və inkişafı yolunda ilk uğurlu addımlarını atıb”.

Saytda Axtarış

Son xəbərlər