Gürcüstan parlamentinin nümayəndə heyəti Ermənistana səfər edəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan parlamentinin sədri David Usupaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edəcək. APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, dekabrın 14-16-da Allaverdi şəhərində  Ermənistan və Gürcüstan parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı plenar sessiya keçiriləcək.

Gürcüstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı tərəflər ali qanunverici orqanlarının ikitərəfli və çoxtərəfli əməkdaşlığı, eləcə də iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və mədəniyyətin inkişafında parlamentin rolu barədə məsələləri müzakirə edəcək.

Səfərin ikinci günündə Gürcüstan və Ermənistan deputatları komitə formatında görüşlər keçirəcək və yekunda  memorandum imzalanacaq.

İki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafı üçün təşkil olunacaq plenar sessiya ATƏT-in İrəvan ofisinin təşəbbüsü ilə baş tutacaq.