Dalga Televiziyasi Gürcüstan parlamentinin nümayəndə heyəti Ermənistana səfər edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3308
DünənDünən5773
Bu həftəBu həftə40024
Bu ayBu ay45812
Bu günə qədərBu günə qədər8407443

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan parlamentinin nümayəndə heyəti Ermənistana səfər edəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan parlamentinin sədri David Usupaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edəcək. APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, dekabrın 14-16-da Allaverdi şəhərində  Ermənistan və Gürcüstan parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı plenar sessiya keçiriləcək.

Gürcüstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı tərəflər ali qanunverici orqanlarının ikitərəfli və çoxtərəfli əməkdaşlığı, eləcə də iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və mədəniyyətin inkişafında parlamentin rolu barədə məsələləri müzakirə edəcək.

Səfərin ikinci günündə Gürcüstan və Ermənistan deputatları komitə formatında görüşlər keçirəcək və yekunda  memorandum imzalanacaq.

İki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafı üçün təşkil olunacaq plenar sessiya ATƏT-in İrəvan ofisinin təşəbbüsü ilə baş tutacaq.

Saytda Axtarış

Son xəbərlər