Dalga Televiziyasi Abid Şərifov: "Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı Azərbaycanda gömrük proseduru sadələşdiriləcək"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün629
DünənDünən5773
Bu həftəBu həftə37345
Bu ayBu ay43133
Bu günə qədərBu günə qədər8404764

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Abid Şərifov: "Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı Azərbaycanda gömrük proseduru sadələşdiriləcək"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 
"Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində gömrük orqanlarının üzərinə mühüm vəzifə düşür".
 

APA-nın məlumatına görə, bunu bu gün Ümumdünya Gömrük Təşkilatının X illik PİCARD Konfransının açılışında çıxışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Ümumdünya Gömrük Təşkilatının X illik PİCARD Konfransının Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu vurğulayan A. Əliyev gömrükçülərimizin bundan sonra da üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməyə çalışacaqlarını qeyd edib.

Baş nazirin müavini Abid Şərifov isə deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, daxili və xarici investorlar üçün əlverişli şərait yaradılıb. Tarixi İpək Yolunun Azərbaycandan keçdiyini xatırladan A. Şərifov deyib ki, tezliklə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir.

Saytda Axtarış

Son xəbərlər