GUAM-ın baş katibi: “Milli Məclisə seçkilər tam sakit şəraitdə keçirilib”
"Milli Məclisə seçkilər tam sakit şəraitdə keçirilib".
"Dalğa TV"nin məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.
"Məndən başqa, Ukrayna Parlamentinin üzvü İvan Krulko və Gürcüstan parlamentinin üzvü Zurab Abaşidze də seçki dairələrində nümayəndə kimi iştirak edib. Bakıda 20, Sumqayıtda isə 7 məntəqədə seçkiləri izləmişik. Məntəqələrdə səsvermə zamanı seçkilərin təşkil olunmasında heç bir ciddi pozuntu qeydə alınmadı. Seçkilər tam sakit şəraitdə keçirilib və seçkilər baş tutub".
< Əvvəlki | Növbəti > |
---|