Dalga Televiziyasi Gürcüstan Mixail Saakaşviliyə görə Ukraynaya nota verib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1929
DünənDünən4783
Bu həftəBu həftə6712
Bu ayBu ay54401
Bu günə qədərBu günə qədər8416032

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Mixail Saakaşviliyə görə Ukraynaya nota verib

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkili Georgi Nazarova rəsmi nota təqdim edib.
"Dalğa TV"nin xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Gürcüstan tərəfi keçmiş prezident, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin Gürcüstanın təhlükəsizlik və stabilliyinə təhdid kimi qiymətləndirilən açıqlamalarına etirazı bildirib. Qeyd olunub ki, bu kimi açıqlamalar Gürcüstanın daxili işinə qarışmaq kimi qiymətləndirilir və qəbuledilməzdir. Həmçinin açıqlamanın Gürcüstan və Ukrayna arasında əməkdaşlıq və dostluğunun ruhuna uyğun gəlmədiyi vurğulanıb.

XİN-in məlumatında qeyd olunur ki, Gürcüstan tərəfi rəsmi Kiyevin yuxarıda sadalanan məsələlərə müvafiq reaksiya verəcəyini və bu kimi halların bir daha təkrarlanmayacağını təsdiqləyəcəyini gözləyir.

Qeyd edək ki, oktyabrın 29-da internetdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin "Rustavi-2" telekanalının baş direktoru Nika Qvaramiya və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiqa Bokeriya ilə telefon danışığı yayılıb. Danışıq zamanı M. Saakaşvili şirkəti müdafiə etməyin yolları barədə məsləhətlər verir.

M. Saakaşvili səs yazısının yayılmasında Rusiya xüsusi xidmət orqanlarını günahlandırıb.

Saytda Axtarış

Son xəbərlər