Dalga Televiziyasi “Gürcüstan limanlarına 835 min 86 ton neft daşınıb”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4656
DünənDünən5773
Bu həftəBu həftə41372
Bu ayBu ay47160
Bu günə qədərBu günə qədər8408791

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Gürcüstan limanlarına 835 min 86 ton neft daşınıb”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan neft ixracını azaltdı

Azərbaycan 2015-ci ilin yanvar-oktyabr aylarında 28 milyon 127 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,4% azdır.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

"Sayğacların göstəricilərinə əsasən, yanvar-oktyabr aylarında Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 22 milyon 640 min ton, Bakı-Supsa neft kəməri ilə 3 milyon 549 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon 101 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 835 min 86 ton neft daşınıb", - deyə komitədən bildirilib.

Komitənin məlumatına görə, hesabat dövründə ixrac edilmiş 7 milyard 589 milyon 61,01 min dollar məbləğində neftin bəyan edilmiş həcmi 18 milyon 292 min 892 ton təşkil edib.

2015-ci ilin 10 ayı ərzində Azərbaycandan 645 milyon 45,33 min məbləğində 1 milyon 822 min 62,37 ton neft məhsulu ixrac olunub.

Saytda Axtarış

Son xəbərlər