Dalga Televiziyasi Kaxa Kaladze: “Qazprom”la danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün867
DünənDünən5773
Bu həftəBu həftə37583
Bu ayBu ay43371
Bu günə qədərBu günə qədər8405002

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kaxa Kaladze: “Qazprom”la danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstana təbii qazın əsas hissəsi bu ölkədən idxal olunur".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze deputatların iştirak etdiyi iclasda bildirib.

Onun sözlərinə görə, fevral ayında Azərbaycanla qaz idxalına dair vacib sənədlər imzalanıb.

"Vahid Milli Hərəkat" partiyasının deputatı Roman Qotsiridzenin sualını cavablandıran nazir "Qazprom"la yenə danışıqların aparılacağını da istisna etməyib: "Biz "Qazprom"la ölkəmizin maraqları üçün danışıqlar aparmışıq. Bu şirkətlə keçiriləcək danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik".

Qeyd edək ki, Gürcüstanın Rusiyanın "Qazprom" şirkəti ilə danışıqları 2016-cı ilin aprelində başa çatıb və əvvəlki öhdəliklər yenə də qüvvədə qalır. Müqaviləyə görə, Gürcüstan Ermənistana təbii qazın tranziti müqabilində ötürülən qazın 10 faizini alacaq.

Saytda Axtarış

Son xəbərlər