NAMA ötən ay 1048 hərbi sursat, 34 mina aşkar edərək zərərsizləşdirib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

2017-cı ilin fevral ayı ərzində 1 368 831 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya  verilən məlumata görə, 1048 ədəd PHS, 31 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 489 nəfərlik əməliyyat heyəti, 131 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 396 984 456 m2 ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 756 894-dür.

Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, CəbrayılFüzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

         

Ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.