Dalga Televiziyasi Prezident Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərini qəbul edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4650
DünənDünən5773
Bu həftəBu həftə41366
Bu ayBu ay47154
Bu günə qədərBu günə qədər8408785

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərini qəbul edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan prezidenti İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Andre Reyşarın Fransa senatorlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən dövlət başçısı səfərin qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını deyib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya gözlənilən səfəri zamanı iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunacağı vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Fransa arasında energetika, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında da fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

Son xəbərlər