Çavuşoğlu: “Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan görüşləri Bakıda keçiriləcək"
“Azərbaycan və Türkiyənin - iki qardaş ölkənin xarici siyasət sahəsində əlaqələri ən yüksək səviyyədədir”.
Bunu APA-ya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında münasibətlər iki qardaş arasında necə ola bilərsə, o cürdür.
“İki ölkənin xarici işlər nazirləri arasında da münasibətlər yüksək səviyyədədir. Azərbaycana xidmət etməkdən hər zaman böyük məmnunluq duyuruq. Mütəmadi təmaslarımız, əlaqələrimiz var, görüşlər keçiririk. Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan üçtərəfli toplantılar keçiriləcək. Bakı bu görüşlərə ev sahibliyi edəcək”, - deyə nazir əlavə edib.
< Əvvəlki | Növbəti > |
---|