Dalga Televiziyasi Çavuşoğlu: “Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan görüşləri Bakıda keçiriləcək"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3414
DünənDünən5773
Bu həftəBu həftə40130
Bu ayBu ay45918
Bu günə qədərBu günə qədər8407549

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Çavuşoğlu: “Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan görüşləri Bakıda keçiriləcək"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Azərbaycan və Türkiyənin - iki qardaş ölkənin xarici siyasət sahəsində əlaqələri ən yüksək səviyyədədir”.

  

Bunu APA-ya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında münasibətlər iki qardaş arasında necə ola bilərsə, o cürdür.

“İki ölkənin xarici işlər nazirləri arasında da münasibətlər yüksək səviyyədədir. Azərbaycana xidmət etməkdən hər zaman böyük məmnunluq duyuruq. Mütəmadi təmaslarımız, əlaqələrimiz var, görüşlər keçiririk. Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan üçtərəfli toplantılar keçiriləcək. Bakı bu görüşlərə ev sahibliyi edəcək”, - deyə nazir əlavə edib.

Saytda Axtarış

Son xəbərlər