Dalga Televiziyasi Gürcüstan qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5672
DünənDünən6004
Bu həftəBu həftə36615
Bu ayBu ay42403
Bu günə qədərBu günə qədər8404034

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Rəsmi Tbilisi "Qazprom"dan qaz alışını dayandırır

Gürcüstan "Qazprom"dan qaz alışını dayandıracaq. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.


Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmaycaq.


Nazirliyin təqdim etdiyi rəqəmlərə əsasən, Gürcüstan cari ilin birinci rübündə Rusiyadan 100 mln. kubmetr qaz alıb ki, bunun da 70 mln. kubmetri fevral ayının payına düşür.

Aprel ayından etibarən Gürcüstan öz əhalisinin və müəssisələrinin qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək. Burada təchizatçı qismində SOCAR və "Şahdəniz" konsorsiumu çıxış edəcək. Beləliklə, Gürcüstanın qaz idxalında Rusiyanın payı 4%-ə enəcək.

Nazirliyin proqnozuna əsasən, bu il Gürcüstan ümumilikdə 2,457 mlrd. kubmetr həcmində təbii qaz idxal etmək niyyətindədir ki, bunun da 2,347 mlrd. və ya 95,5%-i Azərbaycanın payına düşəcək.

 

Saytda Axtarış

Son xəbərlər