861 Gürcüstan vətəndaşına İsrailə giriş qadağan olunub
Cari ildə 861 Gürcüstan vətəndaşına İsrail dövlətinə giriş qadağan olunub.
Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, 2016-cı ildə İsrailə 2042 Gürcüstan vətəndaşı buraxılmayıb.
Gürcüstan və İsrail arasında viza rejimi 2013-cü ildən aradan qaldırılıb.
DİN-nin məlumatına əsasən, vizasız rejim şəraitində 2014-cü ildə 340, 2015-ci ildə isə 244 Gürcüstan vətəndaşına İsrailə giriş qadağan olunub.
< Əvvəlki | Növbəti > |
---|