Dalga Televiziyasi Gürcüstanda Konstitusiyaya yenidən baxılmasına dair layihə qəbul edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2899
DünənDünən5773
Bu həftəBu həftə39615
Bu ayBu ay45403
Bu günə qədərBu günə qədər8407034

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda Konstitusiyaya yenidən baxılmasına dair layihə qəbul edilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan Konstitusiya Komissiyası səs çoxluğu ilə konstitusiyaya yenidən baxılmasına dair layihəni qəbul edib.   

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Konstitusiyanın yeni modeli birbaşa prezident seçkilərinin ləğvini (dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 üzvü olan kollegiya tərəfindən seçilir), parlament deputatlarının seçilmə sisteminin dəyişilməsini (majoritar dairə sistemi ləğv edilir, seçkilər proporsional sistem üzrə keçirilir, seçkilər ərəfəsində partiya bloklarının yaradılması praktikası ləğv olunur)  nəzərdə tutur. Habelə Təhlükəsizlik Şurasının  ləğv edilməsi nəzərdə tutulur. Hərbi əməliyyatların aparılacağı təqdirdə Milli Müdafiə Şurasının iclası çağırılacaq.

Konstitusiyada həmçinin Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasına dair müvəqqəti fəsil əksini tapacaq. Bu fəsildə Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyası üçün Konstitusiya orqanları tərəfindən bütün lazımi tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.   

Saytda Axtarış

Son xəbərlər