AŞPA-nın Monitorinq Komitəsinin iclası Tbilisidə keçiriləcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclası 2018-ci ilin yayında Gürcüstanda keçiriləcək. Bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb.
Dalga tv-nin Xeber.ge-yə istinadla xəbər verir ki, müvafiq qərar Komitənin bu gün AŞPA-nın yaz sessiyasının keçirildiyi Strasburqda iclasda qəbul olunub.
Gələn il Monitorinq Komitəsinin üzvləri Gürcüstana səfər edəcək və ölkədəki proseslərlə yerində tanış olacaqlar.
Monitorinq Komitəsinin ənənəvi iclasları Strasburq, yaxud da Parisdə keçirilir. Lakin reqlament deputatlara ildə bir dəfə səyyar iclas keçirməyə imkan verir.
AŞPA monitorinq prosedurunu 1993-cü ildə təsis edib. AŞPA-nın Monitorinq Komitəsi Avropa Şurasının üzv ölkələrinin təşkilat qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi prosesini monitorinq edir.
< Əvvəlki | Növbəti > |
---|