Dalga Televiziyasi "Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq" - Elmar Məmmədyarov
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3350
DünənDünən5773
Bu həftəBu həftə40066
Bu ayBu ay45854
Bu günə qədərBu günə qədər8407485

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


"Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq" - Elmar Məmmədyarov

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Azərbaycanın Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Moskvada görüş təşkil edilməsi təşəbbüsü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış edən Rusiyaya məxsusdur.
"Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq. Təbii ki, xarici işlər naziri yox, onun təmsil etdiyi ölkənin ali baş komandanını nəzərdə tuturam. Söhbət Qarabağ ətrafındakı işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasına hazırlıqdan gedir", - deyə Azərbaycan XİN başçısı bildirib.

Nazir qarşıdakı danışıqlardan müsbət irəliləyiş, müəyyən razılaşmaların əldə olunmasını gözlədiyini vurğulayıb.

E.Məmmədyarov, həmçinin görüşün mətbuat üçün qapalı olmasının Rusiya XİN-in protokol xidmətinin tələbi olduğunu qeyd edib: "Görüşün bağlı qapılar arxasında keçirilməsi özü özlüyündə nəsə maraqlı bir şey gözlənildiyindən xəbər verir".

"Danışıqların yekunları barədə rəsmi bəyanatlardan məlumat öyrənəcəksiniz", - E.Məmmədyarov bildirib. 

Saytda Axtarış

Son xəbərlər