Dalga Televiziyasi Gürcüstandan ölkəyə mobil telefonların qanunsuz gətirilməsinin qarşısı alınıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1123
DünənDünən6004
Bu həftəBu həftə32066
Bu ayBu ay37854
Bu günə qədərBu günə qədər8399485

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstandan ölkəyə mobil telefonların qanunsuz gətirilməsinin qarşısı alınıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının altında düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand prime", 3 ədəd "Samsung Galaxy J3 ", 1 ədəd "Samsung Galaxy S7", 1 ədəd "Samsung X play", 1 ədəd "H9" markalı mobil telefonlar, müxtəlif adda telefonlara aid qutular, 17 ədəd qidalandırıcı başlıq, 17 ədəd USB kabel, 10 ədəd adapter aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər