Dalga Televiziyasi Tbilisidə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısı təşkil edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün790
DünənDünən5773
Bu həftəBu həftə37506
Bu ayBu ay43294
Bu günə qədərBu günə qədər8404925

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısı təşkil edilib

Gürcüstanın paytaxtı Tbilisidə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısı keçirilib. Toplantıda Şərq Tərəfdaşlığı Ölkələri Jurnalistləri Birliyinin regionda söz və ifadə azadlığı ilə bağlı məsələlərə həssaslığının artırılması yolları ətrafında müzakirələr aparılıb, bununla əlaqədar konkret situasiyalar təhlil olunub. Müzakirələrin gedişində təşkilatın informasiya portalının yaradılması və peşə davranışı qaydalarının hazırlanması barədə qərar qəbul edilib. Bu barədə AZƏRTAC-a Mətbuat Şurasında məlumat verilib.

Avropa Şurasının və Avropa İttifaqının təşkilatçılığı ilə keçirilmiş tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və “Baku Network”un Ekspertlər Şurasının rəhbəri Elxan Ələsgərli iştirak ediblər.

Ə.Amaşov toplantıda çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, söz və ifadə azadlığı ilə bağlı xarakterik tendensiyalardan söz açıb. O, internet media orqanlarının fəaliyyətindən narazılıqların, onların peşə prinsiplərinə etinasız yanaşmalarının ənənəvi medianı üstələməsini xarakterik hal kimi vurğulayıb, jurnalistikada peşə etikası ilə əlaqədar standartlara müxtəlif yanaşmaların olduğunu bildirib. Şura sədri mövcud istiqamətdəki yeniliklərin təbliğinə daim ehtiyacın duyulmasının söz və ifadə azadlığının təminatında vacib məqamlardan biri olduğunu söyləyib.

Saytda Axtarış

Son xəbərlər