Dalga Televiziyasi Gürcüstanda iş adamı qətlə yetirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1076
DünənDünən5773
Bu həftəBu həftə37792
Bu ayBu ay43580
Bu günə qədərBu günə qədər8405211

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda iş adamı qətlə yetirilib

Gürcüstanın Rustavi şəhərində iş adamı odlu silahla qətlə yetirilib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Soso Kutateladzenin meyiti ofisində aşkar olunub. Qətlə yetirilmiş şəxs “İstanbul bazarı” adlanan ticarət obyektinin sahiblərindən biridir.


Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, S. Kutateladze Gürcüstanda müxtəlif dövlət vəzifələrində çalışıb. O, 1991-ci ildən etibarən Gürcüstanın Silahlı Qüvvələrində çalışıb, 2004-2006-cı illərdə Milli qvardiyanın komandiri olub. Briqada generalı S.Kutateladze həmçinin Gürcüstan parlamentinin deputatı və Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini olub. O, Gürcüstanın ərazi bütövlüyü uğrunda Abxaziya və Cənubi Osetiyada döyüşlərdə, İraqda sülhməramlı əməliyyatlarda iştirak edib. General Kutateladze III dərəcəli Vaxtanq Qorqosali medalı ilə mükafatlandırılıb. 

Saytda Axtarış

Son xəbərlər