Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə veloyürüş keçirilib (FOTO)
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Dənizkənarı Milli Park İdarəsi ilə birlikdə velosiped həvəskarları üçün yürüş təşkil edib.
Veloyürüşün əsl bayram ab-havasında keçməsi və iştirakçıların rahatlığı üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən lazım olan bütün şərait yaradılıb - velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin edilib, kiçik yaşlı uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onlara Yeni il hədiyyələri verilib. Xüsusən, Şaxta baba və Qar qızın tədbir iştirakçılarını təbrik etmək üçün şən musiqi sədaları altında ikinəfərlik tandem velosipedlə finiş xəttinə gəlmələri hamı tərəfindən maraqla qarşılanıb.
Veloyürüşdə köynəklərinin üzərində 2015-ci il ilk Avropa Oyunları - "Bakı 2015"-in loqoları əks olunan Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project" komandasının üzvləri də iştirak edib.