Dalga Televiziyasi Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə veloyürüş keçirilib (FOTO)
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4343
DünənDünən6240
Bu həftəBu həftə29282
Bu ayBu ay35070
Bu günə qədərBu günə qədər8396701

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə veloyürüş keçirilib (FOTO)

alt

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Dənizkənarı Milli Park İdarəsi ilə birlikdə velosiped həvəskarları üçün yürüş təşkil edib.

Veloyürüşün əsl bayram ab-havasında keçməsi və iştirakçıların rahatlığı üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən lazım olan bütün şərait yaradılıb - velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin edilib, kiçik yaşlı uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onlara Yeni il hədiyyələri verilib. Xüsusən, Şaxta baba və Qar qızın tədbir iştirakçılarını təbrik etmək üçün şən musiqi sədaları altında ikinəfərlik tandem velosipedlə finiş xəttinə gəlmələri hamı tərəfindən maraqla qarşılanıb.

Veloyürüşdə köynəklərinin üzərində 2015-ci il ilk Avropa Oyunları - "Bakı 2015"-in loqoları əks olunan Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project" komandasının üzvləri də iştirak edib.

Saytda Axtarış

Son xəbərlər