“Baku Fires” 1/4 finala yüksəlib
Azərbaycanın “Baku Fires” klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasında vaxtından əvvəl “pley-off” mərhələsinə vəsiqə qazanıb.
Dalgatv-nin Apasport-a istinadn verdiyi xəbərə görə, komanda bu uğura Quba Olimpiya Kompleksində keçirilmiş VIII turun qarşılaşmasında Polşa “Hussars Poland”ı 5:0 hesabı ilə məğlub edərək nail olub.
“Baku Fires”in heyətində Murat Rabadanov (52 kq) Marius Koçu, Məhəmmədrəşid Cəbrayılov (60 kq) Mateuş Polskini, Kamil Əhmədov (69 kq) İreneuş Zakrjevskini, Teymur Məmmədov (81 kq) Pyotr Podluçkini xal hesabı ilə yenib. Arslanbek Mahmudov (+91 kq) isə 2-ci raundda nokauta salıb. Bununla da komanda xallarını 14-ə çatdıraraq, B qrupunda 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, qaydalara əsasən, qrupda ilk 4 yerin sahibi ¼ finala vəsiqə qazanır. “Baku Fires” isə sona 2 tur qalmış ən azı 4-cü yeri təmin edib.