Dalga Televiziyasi “Baku Fires” 1/4 finala yüksəlib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4256
DünənDünən6240
Bu həftəBu həftə29195
Bu ayBu ay34983
Bu günə qədərBu günə qədər8396614

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Baku Fires” 1/4 finala yüksəlib

altAzərbaycanın “Baku Fires” klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasında vaxtından əvvəl “pley-off” mərhələsinə vəsiqə qazanıb.

Dalgatv-nin  Apasport-a istinadn verdiyi xəbərə görə, komanda bu uğura Quba Olimpiya Kompleksində keçirilmiş VIII turun qarşılaşmasında Polşa “Hussars Poland”ı 5:0 hesabı ilə məğlub edərək nail olub.

“Baku Fires”in heyətində Murat Rabadanov (52 kq) Marius Koçu, Məhəmmədrəşid Cəbrayılov (60 kq) Mateuş Polskini, Kamil Əhmədov (69 kq) İreneuş Zakrjevskini, Teymur Məmmədov (81 kq) Pyotr Podluçkini xal hesabı ilə yenib. Arslanbek Mahmudov (+91 kq) isə 2-ci raundda nokauta salıb. Bununla da komanda xallarını 14-ə çatdıraraq, B qrupunda 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, qaydalara əsasən, qrupda ilk 4 yerin sahibi ¼ finala vəsiqə qazanır. “Baku Fires” isə sona 2 tur qalmış ən azı 4-cü yeri təmin edib.

Saytda Axtarış

Son xəbərlər