Marneulidə Azadə Talehin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifi, “Qafqaz-Media” İctimai Birliyinin sədri, həkim, şairə hacıxanım Azadə Taleh Abbasqızının anadan olmasının 50 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Şair Nizami Məmmədzadə yubilyarın ömür yolu, ədəbi yaradıcılığı barədə ətraflı məlumat vermişdir.
Bolnisi rayonunun Faxralı kəndindəki bir nömrəli məktəbin qocaman müəllimi Səyyad Allahverdiyev, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, şair Mayqa Mətin, jurnalist Ketevan Nakaşidze və başqaları Azadə Talehə bundan sonrakı fəaliyyətində də böyük uğurlar diləmiş, bu tədbirin həm də onun 30 illik yaradıcılığının hesabatı olduğunu qeyd etmişlər.
Şən musiqi sədaları altında davam edən mərasimin sonunda yubilyar doğma Borçalıda yubiley tədbirini ərsəyə gətirənlərə və iştirakçılara minnətdarlığını bildirmişdir.