Dalga Televiziyasi Marneulidə Azadə Talehin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2528
DünənDünən4834
Bu həftəBu həftə15614
Bu ayBu ay81561
Bu günə qədərBu günə qədər8349032

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə Azadə Talehin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

altGürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifi, “Qafqaz-Media” İctimai Birliyinin sədri, həkim, şairə hacıxanım Azadə Taleh Abbasqızının anadan olmasının 50 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Şair Nizami Məmmədzadə yubilyarın ömür yolu, ədəbi yaradıcılığı barədə ətraflı məlumat vermişdir.
Bolnisi rayonunun Faxralı kəndindəki bir nömrəli məktəbin qocaman müəllimi Səyyad Allahverdiyev, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, şair Mayqa Mətin, jurnalist Ketevan Nakaşidze və başqaları Azadə Talehə bundan sonrakı fəaliyyətində də böyük uğurlar diləmiş, bu tədbirin həm də onun 30 illik yaradıcılığının hesabatı olduğunu qeyd etmişlər.
Şən musiqi sədaları altında davam edən mərasimin sonunda yubilyar doğma Borçalıda yubiley tədbirini ərsəyə gətirənlərə və iştirakçılara minnətdarlığını bildirmişdir.

Saytda Axtarış

Son xəbərlər