Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3124
DünənDünən5579
Bu həftəBu həftə32771
Bu ayBu ay13581
Bu günə qədərBu günə qədər8623372

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

İsrail prezidentinin dünyanı heyran edən nitqi

İsrailin doqquzcu prezidenti, 92 yaşlı Şimon Peres Ukraynanın paytaxtı Kiyevdə baş tutan Yalta Avropa Strategiyası konfransında motivasiya baxımından tarixin ən gözəl nitqlərindən birini deyib.

Haqqında çox danışılan nitqi oxucularımıza təqdim edirik:
Biz öz torpağımıza qovuşmağı arzulayırdıq, ancaq əldə etdiyimiz torpaq yaxşı deyildi. Yaxın Şərqin mində bir hissəsi olan balaca kəsik idi. Bu torpaq bizə o qədər də yaxşı münasibət göstərmədi. O, bataqlıq, həşəratlar, səhra və daşlardan ibarətiydi. Onun iki gölü vardı, biri ölüydü, ikincisi də ölürdü. Məşhur çay var idi, amma suyu qurumuşdu. Doğrusu, su adlı şey ümumiyyətlə mövcud deyildi. Heç bir təbii resurs da yox idi, nə qızıl, nə də ki neft. O zaman deyirdilər ki, Yaxın Şərqdə iki cür ölkə var: neft ölkələri və müqəddəs ölkələr. Bizimki tər-təmiz müqəddəs idi, çünki heç nəyi yox idi.

Biz tənhaydıq. Dini baxımdan qardaşlarımız, dil baxımdan bacılarımız, tarixi baxımdan da qonşularımız yox idi. Bütün bunlar isə Holokostdan sonra baş verirdi. Biz ora gələndə, ümumiyyətlə bilmirdik nə edək. Sözün həqiqi mənasında bilmirdik.

Onda biz fikirləşdik ki, təbiətin ən böyük sərvəti elə insandır. İnsanlar torpağı zənginləşdiriblər, torpaq insanları deyil.

Hamımız alim olduq. İsraildə hər bir fermer, hər bir əkinçi kənd təsərrüfatını susuz, torpaqsız inkişaf etdirmək üçün yollar aramağa başladı. Biz onu inkişaf etdirməyə başladıq. Bu, dünyada hay-tek əsasında qurulan ilk kənd təsərrüfatı oldu. Mən özüm həmin dövrdə Kənd təsərrüfatı universitetində tələbə idim, biz suvarmanı yaxşılaşdırmaq istəyirdik, ağacları isti suyla suvarırdıq, düşünürdük ki, onda daha yaxşı bitəcəklər.

Nə qədər təəccüblü olsa da, bəlli oldu ki, kənd təssərrüfatı təkcə torpaqda deyil, hay-tek əsasında da işləyir. Bu gün bizim kifayət qədər suyumuz var. Suyu adətən tapırlar, yaratmırlar. Biz isə onu yaratmağa başladıq. Buna nail olduq. Biz duzlu suyu şirinləşdirməyə başladıq, çoxlu “su içməyən” tərəvəzlər axtarmağa başladıq, seleksiyayla məşğul olduq. Bu da sizinçün əsl sirr: gələcək üçün vacib olan tapdıqlarınız deyil, istehsal etdiklərinizdir.

Bizim insanlarımız, silah-sursatımız yox idi, heç zaman müharibə etməmişdik. Biz cəmi 450 min nəfər idik, nə generallarımız, nə də hərbi təcrübəmiz vardı. BMT İsrail dövləti yaratmaq qərarına gəlmişdi, ancaq faktiki olaraq müharibə gedirdi. Biz nə edə bilərdik? İki seçim vardı.

Birincisi – insanlar cəsarətli və şücaətli olmalıydılar. Onlar başa düşməliydilər ki, başqa seçim yoxdur – biz ancaq qalib gəlməliyik. Əgər cəmi bir dəfə məğlub olsaq – vəssalam.

İkincisi – silahımız olmadığından onu istehsal etməyə başladıq. Ordunu qurmaq üçün İT-ni inkişaf etdirməli olduq. İsrailin İT sektoru orduda işləyirdi. Çünki biz düşmənlərin mühasirəsində tək başına qalmışdıq.

Məndən bəzən soruşurlar: arxaya baxanda, ən böyük səhvləriniz hansılardır? Mən cavab verirəm: biz fikirləşirdik ki, arzularımız böyükdür. İndi isə başa düşürük ki, onlar elə də böyük olmayıblar. Daha çoxunu arzulayın. Arzunuz nə qədər çox olsa, o qədər çoxa nail olacaqsız.

Bunu sizə niyə danışıram? Mən hələ də gənc qız və oğlanlara deyirəm: dostlar, sizdə sizin düşündüyünüzdən daha çox şey var. Sizdə torpağın sizə verəcəyindən daha çox şey var. Siz sizə verilməyən nəsnələri istehsal edə bilərsiniz. Bu hər kəs üçün bir dərsdir.

Ukrayna kənd təsərüffatı sahəsində dünyanın ən vacib ölkələrindən biridir. Siz həqiqətən çox şey ortaya çıxarırsız və siz kənd təsərüfatından imtina etməməlisiz – siz modernləşdirməyi, resursları və xalqın istedadını birləşdirməyi bacararsız və bunu etməlisiz.

Hər bir insanın çox böyük potensialı var. Ancaq onların hamısı biraz tənbəldirlər. Nəyəsə nail olmaq istəyirsinizsə, işləmək lazımdır. Heç nə göydən düşmür. Biz İsraildə hədsiz çox işlədik. Bunda pis nə var? Başa düşmürəm...

İnsanlar məzuniyyətə gedirlər, bu boş vaxt itkisidir. Mənim artıq 90 yaşım var və heç vaxt məzuniyyətdə olmamışam. Mənə deyirlər: “Sən anormalsan? Bəs necə istirahət edirsən?”. Mən işləməyi üstün tuturam. İş mənə sevinc bəxş edir.

Və heç vaxt pessimist olmayın – bu özü də vaxt itkisidir, xüsusilə dövr dəyişəndə.

Elmin dalınca getmək lazımdır. Elmin sərhədləri, hüdudları yoxdur, elmin refleksləri olmur. Keçmişin problemlərini həll etməyə çalışmayın, mən bilmirəm, ümumiyyətlə, bu mümkündürmü ki. Keçmiş ümumiyyətlə heç bir rol oynamır. Sadəcə köhnə səhvləri təkrarlamamaq üçün onu öyrənin. Keçmişdə gələcək və ümidlər yoxdur.

İnsanların əksəriyyəti təqdim etməkdənsə, xatırlamağı üstün tutur – bu ən böyük səhvdir. Nəyi xatırlamaq istəyirsiz? Buraxılan bütün səhvlərimi? Tarixə bel bağlamaq olmaz. Tarixçilər hökmdarların və hakimiyyətdə olanların carçıları olublar, nə deyilməlidirsə, onları deyiblər.

İnsanlar nədənsə qorxurlar... Ancaq bizim axırımızın necə olacağını təkcə tanrı bilir.

Sizin gənc nəsliniz möhtəşəmdir. Ancaq mənim onlarda bəyənmədiyim xüsusiyyət siyasətçilərə nifrət etmələridir. Onlar deyirlər: Siyasət çirklənib, o bizə görə deyil. Mən isə deyirəm: siz dürüstsünüz, siz dürüst siyasət istəyirsiniz – o zaman gedin dürüst siyasətlə məşğul olun.

Bütün bunların hamısı mənim keçmişdən aldığım dərslərdir.

Məndən necə aktiv qalmağı soruşan insanlar var. Cavab sadədir. Yaddaşınızda olan nailiyyətlərinizi və arzularınızı hesablayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli, siz hələ gəncsiniz. Əksidirsə, deməli, siz qocalmısınız.

Mağazalardan aldığımız düyülər plastikdən belə hazırlanır - VİDEO

Çin dünyada ucuz plastik əşyalardan tutmuş, ta super müasir texnikaya qədər hər şeyi hazırlaya bilən ölkə nüfuzuna malikdir.

Qeyd edək ki, ucuz malların azırlanması çinlilərə pis şöhrət qazandırıb. Bu səbəbdən çox adam üzərində «made in China» yazılan mallardan qaçır.

 


Ardını oxu...

ABŞ prezidentliyinə namizəd: “Müsəlman prezidentimiz olmamalıdır”

Respublikaçılar Partiyasından Amerika prezidentliyinə namizədliyini irəli sürən neyrocərrah və yazıçı Ben Karson ksenofob çıxışı ilə gündəmə gəlib. 

Modern.az xəbər verir ki, NBC telekanalına müsahibəsi zamanı Ben Karson İslam dininin dəyər və prinsiplərinin ABŞ Konstitusiyası ilə fərqli aspektlərə malik olması səbəbindən ölkəsinə müsəlman prezidentin rəhbərlik etməsini istəmədiyini deyib:

“Əgər din ABŞ dəyərləti ilə ziddiyətdə deyilsə, hər şey yaxşıdır. Düşünmürəm ki, İslam dini ABŞ Konstitusiyası ilə üst-üstə düşür. ABŞ prezidentinin müsəlman olmasını heç vaxt dəstəkləməzdim. Mən bununla razılşamazdım”.

Ardını oxu...

BMT rəhbəri müharibə edən dövlətlərə çağırış etdi

“Mən qətllərin, dağıntıların dayandırılması və davamlı sülhün təmin olunmasına çağırıram”.
APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibi Pan Gi Mun hər il sentyabrın 21-də qeyd olunan Beynəlxalq Sülh Günü ilə bağlı müraciətində bildirib.

BMT Baş katibi bütün müharibə edən tərəfləri bir günlük atəşkəsə əməl etməyə çağırıb.
Onun sözlərinə görə, bu il Beynəlxalq Sülh Günü zorakılıq və qeyri-stabillik yaradan münaqişələrin baş verdiyi dövrə təsadüf edir.

Ardını oxu...

Rusiyadan Saakaşviliyə ağılasığmaz ZƏRBƏ

Rusiyanın məşhur NTV telekanalı Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynada Odessa vilayətinin qubernatoru postunu tutan Mixail Saakaşvili haqqında veriliş hazırlayıb. 


"Dalğa TV"  Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün saat 21.00-da yayımlanacaq verilişdə Saakaşvilinin bir amerikalı transseksualla intim münasibətlərindən bəhs olunacaq. 

Ardını oxu...

Üzeyir Hacıbəylinin xatirəsi ABŞ Konqresində ilk dəfə anılıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının 17 sentyabr tarixli plenar iclasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunub. Bu münasibətlə ABŞ-ın Arizona ştatından olan konqresmen Paul Gosar çıxış edib.

Çıxışın nüsxəsi Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna təqdim olunub.

Bu barədə “Report”a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Çıxışının əvvəlində 18 sentyabr tarixinin “Üzeyir Hacıbəyli Günü” kimi tanındığını bildirən konqresmen ölməz bəstəkarın Azərbaycan klassik musiqi sənətinin, o cümlədən, tarixi-mədəni irsinin formalaşmasındakı rolundan danışıb.

Ardını oxu...

Putin Obama ilə görüşə hazırdır

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə görüşə hazırdır, ancaq hələlik anlaşma yoxdur.

"Dalğa TV"-niin Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Putin ələlxüsus da öz amerikalı həmkarı, prezident Obama ilə dialoqa həmişə hazırdır", - deyib Peskov.

Bundan qabaq xarici işlər naziri Sergey Lavrov bəyan eləmişdi ki, iki ölkə prezidentlərinin BMT Baş Məclisinin sentyabrın 28-də başlayacaq 70-ci yubiley sessiyası çərçivəsində görüşü istisna deyil. Onun sözlərinə görə, görüş baş tuta bilər, əgər istəklə bağlı siqnal ABŞ tərəfindən daxil olsa.

Avropaya miqrant axınında İŞİD üzvləri artır - FOTO

Yaxın Şərq və Şimali Afrika ölkələrindən, habelə Əfqanıstan, Pakistan, Banlqadeşdən Avropa Birliyinə axışan miqrantların yoxlanması proseduru gücləndirilib.

Almaniya kansleri Angela Merkelin qərarından sonra ölkənin Avstriya və Slovakiya ilə sərhədlərindəki buraxılış məntəqələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, Macarıstanın sərhədlərinə tikanlı məftillərdən uca hasarlar çəkməsi, Hollandiyanın "sərt sərhəd nəzarəti rejiminin tətbiq ediləcəyi" barədə bəyanatla çıxış etməsindən sonra miqrantların "ələkdən keçirilməsi"nə başlanıb.

"Dalğa TV" European-a istinadən bildirir ki, ilkin məlumatlara görə, Suriyadan qaçdıqlarını deyən on minlərlə miqrantın minimum 1/3 hissəsinin yalan danışdıqları, saxtakarlıq etdikləri vurğulanır. Bundan başqa, miqrantlar arasında İŞİD mənsublarının sayının az olmadığı da deyilir.

Suriyalı Məhəmməd əl Əban deyir: "Baxın, bu insanlar guya Suriyadan, ölkəmdən olduqlarını deyirlər. Amma onların dəriləri daha qaradır. Bu adamlar ya Sudandan, ya da Afrikanın başqa ölkəsindən olan müsəlmanlardır. Almaniya biz suriyalı miqrantlar üçün qapıları aralayana kimi afrikalılar, əfqanlar, iraqlılar, iranlılar, livanlılar, daha kimlər, kimlər buraya axışmağa başladılar".

 

Gürcü qızı "Planetin gözəli" seçildi

Gürcüstanın paytaxtı Tiflisdə baş tutan beynəlxalq gözəllik müsabiqəsi “Miss Planet-2015”in qalibi bəlli olub.

"Dalğa TV"-nin “Cosmopolitan”a istinadən xəbər verir ki, münsiflərin qərarı ilə Yerin ən gözəl qızı 18 yaşlı gürcü gözəl Tinatin Babluani seçilib. Bu titul uğrunda Rusiya, İsveç, Ukrayna, Portuqaliya daxil olmaqla, 35 ölkənin iştirakçısı mübarizə aparıb.


Qeyd edək ki, “Planetin gözəli” seçilən Tinatin daha əvvəl “Gürcüstanın yeniyetmə gözəli” və “Avropanın vitse-gözəli” titullarını qazanıb. T.Babluani jurnalistlərə açıqlamasında “Uzun müddətdir ki, buna görə çalışıram. Çox məşq etmişəm. Rəqabət çox güclü idi. Qəlbimin dərinliyində qələbəmə inanırdım. Bu gün mən, söz verdiyim kimi, öz ölkəmin adını ucaltdım. Hədsiz xoşbəxtəm” deyib.


“Planetin vitse-gözəli” isə İsveçdən olan təmsilçi Frida Fornander olub.

Killer korrupsiyanı ifşa edən jurnalisti güllələdi - VİDEO

Kolumbiya polisi “La Preferida FM” radiostansiyasının əməkdaşı olan 25 yaşlı Alba Nunyes Varqası qətlə yetirən killeri axtarır.

"Dalğa TV" -nin xarici KİV-ə istinadla xəbər verir ki, öz çıxışlarında korrupsiya və narkomafiyanı pisləyən jurnalist sentyabrın 10-da Uila departamentinin Pitalito şəhərində öldürülüb. Küçə kameraları binaya daxil olmaq üzrə olan xanım jurnalistin arxadan ona yaxınlaşan killer tərəfindən güllələndiyini qeydə alıb.

Başından güllə yarası alan jurnalist xəstəxanada keçinib. Hadisəni törədən killer isə motosikletdə ərazini tərk edib.

Kolumbiyanın müdafiə naziri Luis Vilyeqes qatilin tapılması üçün 33 min dollar mükafat təyin edib.

 

İŞİD “WhatsApp” vasitəsilə özünə tərəfdar toplayır

Hindistanın Kerala ştatının sakini yerli polis idarəsinə gələrək İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının “WhatsApp” vasitəsilə onu öz sıralarına cəlb etmək istədiyini deyib. 

"Dalğa TV" xarici mətbuata istinadla xəbər verir ki, Kasarqod şəhər sakini telefonundakı “WhatsApp”əlavəsinə Şami adlı tanımdadığı şəxsdən ərəbcə audiosəslər və şəkillər göndərilib. Həmin şəxs onu “Dawtaltul İslam Dwah” qrupuna da daxil edib.

İŞİD qruplaşmasının təbliğ olunduğu video və audiogörüntülər sonda Kasarqod sakinin polis getməyə vadar edib.

Sentyabrın əvvəllərində isə Kasarqod şəhərinin inzibati mərkəz iolduğu Kerala ştatında “İslam dövləti” qruplaşmasına qoşulmağı planlaşdıran 11 nəfər həbs olunmuşdu.

Iğdırda PKK-ya yardım edənlər tutuldu

Türkiyənin İğdır vilayətində 13 polisin şəhid olması ilə nəticələnən terror aktı ilə bağlı 2 nəfər həbs edilib.

"Dalğa TV"-nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, həbs olunan şəxslər 39 və 49 yaşlı kişilərdir.

Onlardan birinin kənd muxtarı (icra nümayəndəsi) olduğu bildirilir. Həbs olunanlara qarşı “terror təşkilatına yardım" ittihamı irəli sürülüb.

Xatırladaq ki, sentyabrın 8-də Türkiyənin İğdır vilayətində, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu gömrük-keçid məntəqəsində çalışan polislər PKK terrorçularının hücumuna məruz qalıb.

Saytda Axtarış

Son xəbərlər