Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3586
DünənDünən7362
Bu həftəBu həftə24051
Bu ayBu ay40410
Bu günə qədərBu günə qədər8650201

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Gürcüstanın baş naziri Ermənistana səfər edib

altGürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ermənistana iki günlük səfəri başlayıb.

Dalgatv-nin  “news.am” saytına istinadən verdiyi məlumata görə, onun prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyanla görüşləri nəzərdə tutulur.

Görüşlərdə siyasi və iqtisadi məsələlər müzakirə olunacaq.

Danışıqlarda həmçinin rəsmi İrəvan Gürcüstanın sentyabrın 1-dən Ermənistan vətəndaşları üçün viza rejimi tətbiq etmək niyyəti ilə bağlı məsələni də müzakirəyə çıxaracaq.

Qeyd edək ki, artıq İ. Qaribaşvili İrəvanda uydurma “erməni soqırımı” abidəsini ziyarət edib. 

 

Tbilisi meri: “Türkiyə şirkətləri Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlıdır”

altTürkiyə Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlıdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü ilə Tbilisi şəhər meri David Narmanianın bu gün baş tutan görüşündə səsləndirilib. Görüşdə Türkiyə səfiri Z.L.Gümrükçü Türkiyə şirkətlərinin gələcəkdə Gürcüstan paytaxtında həyata keçiriləcək layihələrdə iştirak etməyə hazır olduqlarını bildirib. Səfir Tiflis şəhər merini seçkilərdə əldə etdiyi qələbəyə görə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb: “Mən artıq altı aydır ki, Gürcüstandayam və Tiflisin gözəl şəhər olduğuna bir daha əmin oldum. Buna görə də şəhərin merinə xüsusi uğurlar arzulamaq istəyirəm. Görüşdə biz Türkiyə şirkətlərinin meriya tərəfindən elan olunan bütün layihələrdə iştirak etməyə hazır olduğunu bildirdik. Türkiyə tərəfi investisiya olunacaq layihələrlə tanış olmağa hazırdır”, deyə Türkiyə səfiri bildirib.

Tiflis şəhər meri David Narmaniya jurnalistlərə açıqlamasında Türkiyə şirkətlərinin Gürcüstan paytaxtına investisiya yatırmaqda maraqlı olduğunu bildirib: “Bu layihələrimizə investisiya yatırmaqda maraqlı olan Türkiyə şirkətləri ilə meriyada xüsusi təqdimat təşkil edə bilərik”, deyə D.Narmania bildirib.

Şəhər meri görüşdə Gürcüstan və Türkiyə paytaxtlarının qardaşlaşması barədə də məsələyə baxıldığını da bildirib. 

Türkiyənin yeni Baş naziri təyin olundu

altXarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin yeni Baş naziri təyin olunub. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ölkənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bundan əvvəl avqustun 21-də yeni Baş nazirin təyin edilməsi haqqında qərar qəbul olunacağı deyilirdi.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə də xarici işlər naziri Ə.Davudoğlunun namizədliyi irəli sürülüb.

Bu qərar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Telekanalın məlumatına görə, Ə.Davudoğlunun namizədliyi AKP-nin avqustun 27-də keçiriləcək təcili qurultayında təsdiq olunmalıdır.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Türkiyə Prezidenti Abdullah Gülün səlahiyyət müddəti avqustun 28-də bitir.

Saakaşvilinin milyon dollarlıq botoks xərci

altGürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvilinin özü və ailə üzvləri ilə bağlı kosmetik prosedurlar üçün dövlət büdcəsindən 673 min 263 lari (450 min dollar) xərclədiyi barədə sənədli materialları dərc edib.

İdarənin bəyanatında bildirilir ki, 2009-2012 illər ərzində M.Saakaşvili təkcə özü gözəllik salonlarında 399 min 495 lari (220 min dollar) xərcləyib. Bu vəsait əsasən Avropa ölkələrindəki klinikalardan birində botoks və epilyasiya inyeksiyası üçün ödənilib.

Baş Prokurorluq avqustun 13-də M.Saakaşvilinin müxtəlif şəxsi ehtiyacları üçün dövlət büdcəsindən 8 milyon lari (5 milyon dollar) xərclədiyi barədə yaydığı məlumatla bağlı sübutları təqdim etməyə hazır olduğunu açıqlayıb. Dövlət Xüsusi Mühafizə Xidməti həmin vəsaiti dövlət başçısı üçün aşpaz və masajçı xidmətləri, mehmanxana, İtaliyada yaxta icarəsi üçün xərcləyib.

M.Saakaşivili 5 milyon dollar vəsaitlə bağlı ona ünvanlanan ittihama cavab verib. O bildirib ki, həmin vəsait Dövlət Xüsusi Mühafizə Xidmətinin büdcəsindən ölkənin populyarlaşdırılması və investisiya cəlb edilməsi üçün xərclənib.

Xatırladaq ki, M.Saakaşviliyə qarşı eyni vaxtda bir neçə cinayət işi açılıb.

Ərəb milyarderləri bunu da edir (FOTO)

altXarici ölkələrə səfər edən ərəb milyarderləri bu əməli ilə dünyanın diqqətini cəlb ediblər. 
ANS PRESS-in məlumatına görə, ərəb milyarderləri səfər etdikləri ölkələrə lüks avtomobillərini də təyyarələr vasitəsilə aparırlar.
Bunun üçün milyarderlər avtomobillərini daşıyan təyyarənin məxsus olduğu şirkətə 24.959.828 avro (təxminən 26 milyon AZN) ödəyirlər.
Sözugedən ərəblərin özləri xaricə apardığı maşınlar isə Lamborgini, Ferrari, Mercedes və McLaren markalı avtomobillərdir.

BMT İraqın yeni baş nazirini dəstəklədi

altBMT Təhlükəsizlik Şurası Heydər əl-Abadinin İraqın Baş naziri təyin olunmasını dəstəkləyərək tez bir zamanda yeni hökumətin formalaşdırmağa çağırdı.

Dalgatv Anspress-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında qeyd edilir.

Məlumatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası " İraqda Heydər əl-Abadi Baş nazir təyin olunmasını cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin daxil olduğu bir hökumətin yaradılması yönündə mühüm addım” kimi dəyərləndirərək əl-Abadini “tezliklə hökuməti qurmağa" çağırıb.

Qeyd edək ki, keçən bazar ertəsi İraq prezidenti ölkə parlamentinin böyük şiə birləşməsi olan “Milli Alyansda” Heydər əl-Abadi ətrafında yeni hökümətin qurulması təlimatını verib. Lakin fəaliyyətdə olan baş-nazir Nuri əl-Maliki qərarla razılaşmayaraq, məhkəmə yolu ilə məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib. əl-Abadinin təyinatını artıq ABŞ, Aİ, İran, Səudiyyə Ərəbistanı və ərəb ölkələri Liqası dəstəkləyiblər.

İsrail Qəzza zolağına raket zərbələri endirib

altAtəşkəs müddətinin sona çatmasına bir neçə saat qalmış İsrail ordusu Fələstin ərazisindən endirilən zərbələrə cavab olaraq Qəzza zolağını raket atəşinə tutub.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin bəyanatına əsasən, İsrail müdafiə ordusu “Qəzza zolağı boyu bütün terrorçu obyektlərinə zərbələr endirir”.

Qahirədə danışıqlarda iştirak edən Fələstin nümayəndə heyətinin nümayəndəsi bəyan edib ki, İsrail bu yolla əldə olunmuş atəşkəsin şərtlərini pozur.

Bundan əvvəl Fələstin və İsrail arasında atəşkəsin beş gün müddətinə uzadılması barədə razılaşma əldə olunduğu bildirilmişdi.

Dəhşət: Ata iki uşağını canlı bomba olmaq üçün İŞİD-ə verdi

alt

Hələ 10 və 11 yaşlarında olan iki uşağını canlı bomba kimi istifadə etmək üçün İraq Şam İslam Dövlətinə (İŞİD) təslim edən ata dünyanı dəhşətə salıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti isə canlı bomba olmaq üçün verilən iki uşağı Türkiyədə axtarır.

Abdullah və Əhməd adlı iki uşağını İŞİD yaraqlılarının canlı bombası olması üçün Türkiyəyə aparan ata Avropanı ayağa qaldırıb.

Məlumatda qeyd edilir ki, Səudiyyə Ərəbistanında Naser əl-Shayeq adlı bir ata həyat yoldaşına “uşaqlarımla tətilə çıxıram” deyərək onları Türkiyəyə aparıb və şəhid olması üçün İraq Şam İslam Dövləti (IŞİD) xadimlərinə təslim edib.

Avropa mətbuatının geniş yer verdiyi xəbərdə, ananın bu vəziyyətdən həyat yoldaşının Türkiyədə İnstagram hesabından uşaqlarının fotoşəkillərini yaymasından sonra xəbərdar olduğu açıqlanıb.

İnstagram-da “Uşaqlarım Allah yolunda şəhid olmaq üçün yola çıxdı” mesajı yazan ata Naser əl-Shayeqin məqsədinin uşaqlarından canlı bomba kimi istifadə olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanı hökumətinin şəxsən bu hadisəyə əl qoyduğu xatırladılan məlumatda səlahiyyətlilərin Türkiyə hökuməti ilə təmasa keçdiyi və uşaqların tapılması üçün kömək istədiyi bildirilir.

Allahşükür Paşazadə Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

altQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

A.Paşazadə təbrikdə deyir: "Türkiyə Cümhuriyyəti tarixində xalqın seçimi ilə keçirilən ilk Prezident seçkilərində inamlı və parlaq qələbə qazanmağınız münasibətilə Sizi Azərbaycan, Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Cənabınızın Türkiyə dövlətinin rifahı, türk millətinin səadəti, İslam birliyi naminə gördüyünüz bütün işlərə Allah-Təaladan xeyir-dualar diləyirik".

Təbrikda daha sonra bildirilir: "Bu qələbənin qürur və şərəfini yaşamağa tam haqqınız vardır. Sizin, xalq tərəfindən seçilmiş ilk Türkiyə Prezidenti olmanızla dövlətinizin tarixində yeni dönəmin başlanğıcı qoyuldu. Əminəm ki, Türkiyənin XII Prezidenti olaraq Türkiyə xalqının rifah və tərəqqisi, dünya miqyasında mövqelərinin güclənməsi yolunda görəcəyiniz işlər möhtəşəm olacaqdır, inşallah!

Möhtərəm və əziz qardaşım! Bu böyük uğurdur. Bu, Türkiyə Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı olan, "bir millət, iki dövlət" olan Azərbaycanın da uğurudur. Zatən, sevincimiz bir, kədərimiz birdir. Qoy Uca Allah Türkiyə -Azərbaycan qardaşlığını daimi qərar versin, Uca Nəzərini dövlətlərimiz, xalqlarımız və dövlət başçılarımızın üzərindən əsirgəməsin!

Ümidvarıq ki, Zati-aliləriniz ənənəyə sadiq qalaraq, bu seçkilərdən sonra da ilk olaraq Azərbaycana təşrif buyuracaqsınız. Qardaş Azərbaycanda cənabınızı şəxsən ziyarət etmək şərəfinə nail olarıq, inşallah!

Bir daha bütün Azərbaycan müsəlmanları adından Sizi ürəkdən təbrik edir, Uca Yaradandan cənabınıza can sağlığı, uzun ömür və Türkiyə dövlətinin qüdrəti, türk-İslam dünyasının yüksəlişi naminə möhtəşəm fəaliyyətinizə yeni uğurlar diləyirəm!"

İraq baş naziri vəzifəsindən kənarlaşdırıldı

altİraqda siyasi vəziyyət gərginləşib.

Dalgatv  Anspress-ə istinadən xəbər verir ki, ölkənin baş naziri Nuri əl-Maliki vəzifəsindən kənarlaşdırılıb. Onun əvəzinə isə, Milli İttifaq partiyasından Heydər əl-Əbədi bu vəzifəyə təyin olunub. İraq rəhbəriyi ölkədə yeni hökumətin qurulması üçün Heydər əl-Əbədiyə tapşırıqlar verib.

Norveçdən Rusiyaya zərbə

altNorveç Rusiyaya qarşı Avropa Birliyinin sanksiyalarına qoşulacaq.
ANS PRESS-in məlumatına görə, Norveç höküməti Rusiya iqtisadiyyatı barəsində Avropa İttifaqının sanksiyalarına qoşulmağa qərar verib.
Bu haqda Norveçin Xarici İşlər Nazirliyi sərəncam imzalayıb. 6 avqustda Rusiya prezidenti Vladimir Putin Rusiya barəsində sanksiyalar qəbul edən ölkələrdən Rusiyaya xammalı, kənd təsərrüfatı məhsulunu və ərzağı idxal etməyi qadağan edib.
7 avqustda isə Rusiya Nazirlər Kabineti Avstraliyadan, Kanadadan, Avropa Birliyindən, ABŞ-dan və Norveçdən ətin, quşun, balığın, pendirlərin, südün və meyvə-tərəvəz məhsulunun çatdırılmalarına qadağa qoyub. 
Avropa komissiyasının sədri Joze Manuel Barrozu Vladimir Putinə bu məsələ ilə bağlı Avropa İttifaqının cavab addımının olacağını bildirib.

Abdulla Gül AKP-yə dönəcəyini bəyan edib

altTürkiyə prezidenti Abdulla Gül səlahiyyət müddətinin başa çatacağı 28 avqust tarixindən sonra hansı addımı atacağını açıqlayıb.

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, A. Gül jurnalistlərə açıqlamasında Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarına dönəcəyini bəyan edib.

A. Gül AKP-nin qurucusu olduğunu xatırladıb: “Bu partiyanın qurucusu, partiyadan seçilən ilk baş nazir və ilk prezidentəm. Partiyaya qayıtmağım çox təbiidir. Prezidentlik müddətim yekunlaşdıqdan sonra şübhəsiz ki, partiyama dönəcəyəm. İnanıram ki, Türkiyə güclənərək yoluna davam edəcək”.

A. Gül bu açıqlaması ilə AKP-nin lideri və baş nazir vəzifəsinə iddiasını ilk dəfə açıq şəkildə ortaya qoymuş olub.

Xatırladaq ki, avqustun 10-da keçirilən prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Ölkə Konstitusiyasına əsasən prezident partiya üzvü ola bilməz. Bu səbəblə R. T. Ərdoğan prezident səlahiyyətlərini icra etməyə başladıqdan sonra AKP özünə yeni lider seçməli olacaq.

Saytda Axtarış

Son xəbərlər