Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1273
DünənDünən3812
Bu həftəBu həftə18046
Bu ayBu ay98619
Bu günə qədərBu günə qədər8587511

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

İranda güclü zəlzələ olub: Ölən və yaralananlar var

İranın Xorasan-Rəzəvi əyalətinin Sefidsəng (“Ağdaş”) bölgəsində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Dalga tv-nin məlumatına əsasən, bu barədə “Report” İran KİV-inə istinadən xəbər verir.

Məlumata əsasən, İranın Qızıl Aypara Cəmiyyəti Cənubi, Şimali və Xorasan-Rəzəvi əyalətlərindəki bütün xəstəxanalar hadisə ilə bağlı hazırlıq işləri görülüb. 

Məlumata görə, təbii fəlakət nəticəsində 4 kənddə dağıntı olub. 

Rusiyada polisləri güllələyiblər

Həştərxanda yol qəzasını qeydiyyata almağa gələn iki polis naməlum şəxslər tərəfindən güllələnib. 

Dalga tv  xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusya DİN-in region üzrə idarəsindən bildirilib. 

“Aprel ayının 4-də Dövlət Avtomobil Müfəttişliyinə Həştərxanın Lenin rayonunda “QAZel” və “Nissan March” avtomobillərinin toqquşmasına dair məlumat daxil olub. Qəza yerinə patrul göndərilib. İlkin məlumata görə, qəzanı qeydiyyata alan inspektorlar qəzanı törədənlər tərəfindən hücuma məruz qalıblar. 

Cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar və hadisə yerindən qaçıblar. Aldığı yaralardan polis əməkdaşları hadisə yerində təcili yardım briqadası gələnə qədər keçiniblər”, - məlumatda deyilir.

Şübhəlilərin axtarışı üçün “Sirena” planı həyata keçirilib. Qeyd edilir ki, şübhəlilər “QAZel”də hərəkət edirlər. 

Hadisə yerində əməliyyat qrupu işləyir. 

Həştərxanda iki polis əməkdaşını radikal islamçı vəhabilər qətlə yetiriblər. Bu barədə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin terror əleyhinə komissiyanın təcili iclasında deyib.  

Peterburq terrorunun qurbanları – SİYAHI

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində ölən 14 nəfərdən 10-nun kimliyi müəyyən edilib.

Dalga tv-nin xəbərinə görə, onların adları çərşənbə axşamı, aprelin 4-də, Rusiya İstintaq Komitəsinin rəsmi saytında yerləşdirilib.

1) Əliyeva Dinara Səməndərovna, 08.10.1996

2) Arışev Maksim Vitalyeviç, 18.08.1996

3) Malyukova Kseniya Sergeyevna, 11.09.1998

4) Medyançeva İrina Kuzminiçna, 06.05.1966

5) Svistunova Angelina Sergeyevna, 17.02.1990

6) Nalimov Yuriy Pavloviç, 07.06.1945

7) Danilenko Oksana Qennadiyevna, 03.10.1991

8) Şekina Larisa Qriqoryevna, 02.06.1950

9) Petrov Denis Romanoviç, 27.12.1991

10) Saqadeyev Mansur Tixiroviç, 27.08.2000  və ya 27.03.2000

Partlayış zamanı ölən daha dörd nəfərin kimliyini müəyyən etmək mümkün olmayıb. Onların şəxsiyyətlərinin identifikasiyası üçün genetik ekspertiza təyin edilib.

Qeyd edək k, aprelin 3-də Sankt-Peterburq metrosunun “Texnologiçeskiy institut” və “Sennaya ploşad” stansiyaları arasında baş verən partlayış zamanı ölən və yaralananlar arasında azərbaycanlılar da var.

KİV-in məlumatına görə, terror aktında 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş Ekebrcan Celilov şübhəli bilinir. 

Gürcüstan-Türkiyə sərhədində Azərbaycan vətəndaşı saxlanılıb

“Sarpi” sərhəd keçid məntəqəsində (Gürcüstan-Türkiyə sərhədi) Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin şəxs gürcü gömrükçüləri tərəfindən tutulub.

Onun üzərinə baxış zamanı gömrük bəyannaməsində qeyd olunmamış ümumi çəkisi 75,72 qram qızıl zinət-zərgərlik məmulatları aşkarlanıb. Aşkar edilən qızıl məmulatlarının gömrük qiyməti 4310 lari dəyərində qiymətləndirilib.

Azərbaycan vətəndaşına həmin məbləğdə cərimə yazılıb. 

İŞİD Mosulun 30-dan çox sakinini edam edib

İŞİD terror qruplaşmasının üzvləri İraqın Mosul şəhərində 30-dan çox sakini edam ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular sakinləri nəzarətdə saxladıqları əraziləri tərk etmək cəhdində ittiham ediblər.  

Məlumata görə, edam olunanların hamısı kişidir.

Şahidlərin sözlərinə görə, terrorçular sakinləri qorxutmaq məqsədi ilə öldürülən şəxslərin meyitlərini küçələrə atıblar.  

Sankt-Peterburqda terror aktını Qırğız Respublikasında anadan olan şəxs törədib

Rusiyanın İstintaq Komitəsi aprelin 3-də Sankt-Peterburqda metroda terror aktını 1995-ci ildəQırğız Respublikasında anadan olan Ekbercan Celilovun törətdiyini təsdiqləyib.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda İstitaq Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki,kriminalist-ekspertlər terror aktını törədən şəxin kimliyini"Ploşad Vosstaniya” metro stansiyasında tapılan və içinəbomba qoyulmuş çantadakı genetik izə əsasən müəyyənləşdiriblər.

Sankt-Peterburqda terror aktı törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb. 

Dalga tv-nin məlumatına əsasən, bu barədə Report “Habertürk”ə istinadən xəbər verir.

Məlumata əsasən, şübhəli şəxs 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş Ekebrcan Celilovdur

Agentliyin məlumatına görə, o, Rusiya vətəndaşıdır. 

Türkiyədə partlayış: Ölənlər var

Türkiyənin cənubi-şərqində Şırnak əyalətində Qabar dağ massivi yaxınlığındakı yolda partlayış baş verib. Partlayış nəticəsində üç nəfər ölüb və beş nəfər isə yaralanıb.

Dalga tv Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə KİV-i məlumat yayıb.  

Qeyd edilir ki, əldəqayırma partlayıcı qurğu hərbçilərin əməliyyatının gedişatında partladılıb. 

İlkin məlumata görə, bu hadisənin arxasında “Kürdistanın Fəhlə Partiyası” terror təşkilatı dayanıb. 

Türkiyənin müstəqil Kürdistan dövlətinin yaradılmasını tələb edən “Kürdistanın Fəhlə Partiyası” ilə münaqişəsi 30 ildən artıqdır davam edir, bu münaqişə nəticəsində 40 min insan həyatını itirib.

“Kürdistan Fəhlə Partiyası” BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı elan edilib.

Sankt-Peterburqda terror aktında həlak olanların sayı 14-ə yüksəlib

Sankt-Peterburqda terror aktı nəticəsində həlak olanların sayı artıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib ki, ölənlərin sayı 14-ə çatıb.

Bundan əvvəl ölənlərin sayının 11 nəfər olduğu bildirilmişdi.

Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunda partlayış törədilib. Hadisə nəticəsində 1 azərbaycanlı ölüb, 1 azərbaycanlı yaralanıb.

Rusiyada metroda partlayışlar nəticəsində ölənlər arasında azərbaycanlı var?

“Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur”.

Dalga tv xəbər verir ki, bunu Report-a Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

“Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək”, - S.Qasımov bildirib.

O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.

Putin: Peterburq metrosundakı partlayışla bağlı bütün versiyalar nəzərdən keçirilir

Rusiya prezidenti Vladimir PutinSankt-Peterburq metrosunda baş vermiş partlayışla bağlı açıqlama verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, belaruslu həmkarı ilə görüşü zamanı Putin bildirib ki, partlayışla əlaqədar bütün versiyalar araşdırılır.

Onun sözlərinə görə, hələlik partlayışın səbəbləri məlum deyil. 

Sankt-Peterburq metrosunda partlayış nəticəsində 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Sankt-Peterburq şəhərinin metropolitenində partlayış baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur.   

Partlayışın “Texnoloji institut” stansiyasında baş verdiyi bildirilir. Digər stansiyada isə şübhəli əşyanın tapıldığı deyilir. İki yerdə partlayış olub, 7 stansiya bağlanıb.

Hadisə barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparır. Danışıqlar dayandırılmayıb. 

Saytda Axtarış

Son xəbərlər