Dalga Televiziyasi Əhməd Davudoğlu: “Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1471
DünənDünən5773
Bu həftəBu həftə38187
Bu ayBu ay43975
Bu günə qədərBu günə qədər8405606

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əhməd Davudoğlu: “Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt“Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm veririk.


Amma bu normallaşmanın uzunmüddətli olması üçün Ermənistanla Azərbaycan arasındakı Qarabağ probleminin həlli başda olmaqla, Cənubi Qafqazdakı problemlər həll olunmalı və Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrəyə səfəri zamanı Ermənistanla imzalanan protokolların 4-cü ildönümü ilə bağlı jurnalistlərin sualına cavabında deyib.

Nazir bu məsələdə göstərdiyi səmimi səylərə görə İsveçrəyə təşəkkür edib: “Biz 4 il əvvəl burada protokolların uğurla həyata keçirilməsi üçün ciddi cəhdlər göstərdik. Ümid edirik ki, bu protokollar hələ gündəmdən düşməyib. Ancaq Ermənistan Konstitusiya Məhkəməsinin aldığı qərar, daha sonra bölgədə hərarətin yüksəlməsi səbəbiylə bu protokolları həyata keçirmək mümkün olmadı. İndi bəzi yaradıcı fikirlər və yeni düşüncələrlə irəli getməyə çalışırıq. Qarşıdakı dövrdə bu istiqamətdə səylərimizi gücləndirəcəyik. Türkiyə-Ermənistan əlaqələrinin normallaşması halında, təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinə paralel olaraq, qeyd edilən problemlərin çoxu həllini tapacaq”.

Saytda Axtarış

Son xəbərlər