Dalga Televiziyasi Georgi Marqvelaşvili: “Gürcüstan heç vaxt MDB-yə qayıtmayacaq” - FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1500
DünənDünən4878
Bu həftəBu həftə25568
Bu ayBu ay6378
Bu günə qədərBu günə qədər8616169

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Georgi Marqvelaşvili: “Gürcüstan heç vaxt MDB-yə qayıtmayacaq” - FOTO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 
alt

 

İqtidardakı “Gürcü Arzusu” koalisiyasının prezidentliyə namizədi Georgi Marqvelaşvili Gürcüstanın heç vaxt MDB-yə qayıtmayacağını bəyan edib. G. Marqvelaşvili xatırladıb ki, Gürcüstan öz gələcək inkişafı ilə bağlı mövqeyini 2008-ci il referendumunda bildirib: “Avropa və Avroatlantik strukturlara inteqrasiya hansısa siyasətçinin yox, gürcü xalqının arzusudur”.

Prezidentliyə namizəd deyib ki, Gürcüstanın MDB-də üzvlüyü effektli olmayıb və MDB ölkəyə heç bir təminat verməyib: “Biz Belarus və digər ölkələrdən olan həmkarlarımızın bəyanatlarına hörmətlə yanaşırıq. Lakin Gürcüstan MDB istiqamətində yox, birmənalı şəkildə Avropaya doğru hərəkət edir”.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko MDB sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Gürcüstanın MDB-yə qayıtmasını istədiyini bildirib.

Saytda Axtarış

Son xəbərlər