Dalga Televiziyasi Marqvelaşvili: “Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcək”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5075
DünənDünən5773
Bu həftəBu həftə41791
Bu ayBu ay47579
Bu günə qədərBu günə qədər8409210

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marqvelaşvili: “Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcək”

altGürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcək.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Georgi Marqvelaşvili bəyan edib. “İmedi” telekanalının canlı efirində prezident qeyd edib ki, Gürcüstan Rusiya ilə münasibətlərdə “siyasi temperatur”un azalması istiqamətində əlindən gələni əsirgəməyəcək.

Marqvelaşvilinin sözlərinə görə, Abaşidzr-Karasin formatında keçirilən görüşlər gələcəkdə də davam etdiriləcək. Onun sözlərinə görə, bu cür görüşlər yaxşı nəticələr verir.

“Bu formatda aparılan birbaşa dialoq iqtisadi-ticari və mədəniyyət əlaqələrinin bərpa edərək  inkişaf etdirməyə imkan yaradıb.

O əlavə edib ki, bu cür görüşlər iki ölkə arasında kifayət qədər yüksək səviyyədə etimad və gələcəkdə bir çox mühüm məsələlərin həll olunması üçün şərait yaratmağa kömək edəcək.

Qeyd edək ki, Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin arasında 2012-ci ildən bu vaxtadək 5 görüş keçirilib. Növbəti görüşün fevralda Praqada keçirilməsi nəzərdə tutulub. 

Saytda Axtarış

ახალი ამბები