Dalga Televiziyasi Jirinovski fikirlərinin yanlış anlaşıldığını bildirib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1265
DünənDünən5185
Bu həftəBu həftə1265
Bu ayBu ay48954
Bu günə qədərBu günə qədər8410585

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Jirinovski fikirlərinin yanlış anlaşıldığını bildirib

altAzərbaycana səfərə gəlmiş Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Bakı şəhərindəki 23 saylı orta məktəbdə olub.

Dalgatv  APA-ya istinadən xəbər veir ki, V. Jirinovski 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib. O, şagirdlərdən Turgenev və onun “Mumu” əsəri barədə məlumatlı olub-olmadıqlarını soruşub, sonra 10-cu sinif şagirdləri ilə görüşüb.

V. Jirinovski jurnalistlərə açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, burada insanların rus dilində çox yaxşı danışdıqlarını bildirib. O, Azərbaycanda barəsində mənfi fikir formalaşmasına və hazırda Azərbaycan barədə müsbət fikirlər söyləməsinin səbəblərinə aydınlıq gətirib: “Bu, yanlış anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbassa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılma olur”.

Saytda Axtarış

ახალი ამბები