Dalga Televiziyasi Əli Həsənov Gürcüstanda külli miqdarda narkotik vasitənin saxlanılması ilə bağlı aparılan təhqiqatla əlaqədar BMT-yə müraciət edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1406
DünənDünən5185
Bu həftəBu həftə1406
Bu ayBu ay49095
Bu günə qədərBu günə qədər8410726

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əli Həsənov Gürcüstanda külli miqdarda narkotik vasitənin saxlanılması ilə bağlı aparılan təhqiqatla əlaqədar BMT-yə müraciət edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altBaş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuriy Fedotova müraciət ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə külli miqdarda (280 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 866 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və Azərbaycan ərazisindən tranzit olaraq keçdiyi barədə məlumat yayıb. Hazırda bu məsələ ilə əlaqədar Gürcüstanda cinayət işi açılıb və istintaq aparılır. Prosedur qaydalara görə, Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən bu məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Ə. Həsənov təhqiqata beynəlxalq ekspertlərin cəlb edilməsinə köməklik göstərilməsi üçün BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoruna müraciət unvanlayıb.

Araşdırmaların nəticəsi barədə mətbuata əlavə məlumatlar veriləcək.

Saytda Axtarış

Son xəbərlər