Dalga Televiziyasi Gürcüstanda təkrar seçkilərdə qələbə qazana bilməyən namizədlər mübarizəni ikinci turda davam etdirəcəklər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1719
DünənDünən5185
Bu həftəBu həftə1719
Bu ayBu ay49408
Bu günə qədərBu günə qədər8411039

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda təkrar seçkilərdə qələbə qazana bilməyən namizədlər mübarizəni ikinci turda davam etdirəcəklər

alt

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Gürcüstanın 2 seçki dairəsinin 4 məntəqəsində təkrar seçkilər keçirilib. Majoritar sistem üzrə keçirilmiş təkrar seçkilərdə namizədlərin heç biri lazım olan səs çoxluğunu toplaya bilməyib. Ona görə də oktyabrın 30-da həmin dairələr üzrə seçkilərin ikinci turu keçiriləcək.

Xatırladaq ki, Gürcüstanda oktyabrın 8-də keçirilmiş parlament seçkilərində 50 seçki dairəsində majoritar sistem üzrə namizədlər səslərin 50+1 faizini toplaya bilməmişdi. Gürcüstan Mərkəzi Seçki Komissiyası bunu nəzərə alaraq həmin dairələrdə ikinci turun keçirilməsi barədə qərar qəbul edib.

MSK-nın məlumatına görə, ikinci turda namizədlər adi səs çoxluğu ilə seçiləcəklər. Birinci turda hər bir namizəd 50+1 faiz səs qazanmalı idi. İkinci turda isə namizədlər sadə səs çoxluğu qazandıqları halda deputat seçiləcəklər. İkinci turda birinci turda ən çox səs toplamış iki namizəd iştirak edəcək.

İkinci tur majoritar sistem üzrə 50 dairədə keçiriləcək.

Saytda Axtarış

ახალი ამბები