Dalga Televiziyasi BP-nin regional prezidenti ilə Gürcüstanın baş naziri “Şahdəniz-2” layihəsini müzakirə ediblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5545
DünənDünən6004
Bu həftəBu həftə36488
Bu ayBu ay42276
Bu günə qədərBu günə qədər8403907

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


BP-nin regional prezidenti ilə Gürcüstanın baş naziri “Şahdəniz-2” layihəsini müzakirə ediblər

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili oktyabrın 24-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə görüşüb.

Baş nazirin dəftərxanasından “Report”un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə əsasən BP-nin regionda, xüsusən də Gürcüstanda reallaşdırdığı layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Cənub Qaz Dəhlizinin vacib komponentlərindən biri olan Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi üzrə Gürcüstanda həyata keçirilən işləri müzakirə ediblər. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan bu layihənin Cənubi Qafqaz ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusi qeyd olunub.

Bildirilib ki, qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin maliyyələşdirilməsinə BP 2 mlrd. dollar sərmayə qoyacaq: “Bu kəmər Azərbaycandan gələn qazın həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”.

Saytda Axtarış

ახალი ამბები