Dalga Televiziyasi İlham Əliyev Cibutinin parlament sədri ilə görüşdü
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4055
DünənDünən5773
Bu həftəBu həftə40771
Bu ayBu ay46559
Bu günə qədərBu günə qədər8408190

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İlham Əliyev Cibutinin parlament sədri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dalga tv axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Cibuti əlaqələrinin inkişafında mühüm rol oynayacağına və səfər zamanı əməkdaşlığımızın müxtəlif aspektlərinin geniş müzakirə olunacağına əminliyini ifadə edib. İkitərəfli əlaqələrimizin çox möhkəm olduğunu və son illər ərzində daha da inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Azərbaycan Cibuti ilə bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlıdır. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə minnətdarlığını bildirən dövlət başçısı artıq dünyanın 10-dan çox ölkəsinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirdi ki, Cibuti parlamentinin qəbul etdiyi bu qətnamə həm ədaləti əks etdirir, həm də ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının və bir-birini dəstəkləmələrinin önəmini qeyd edib. İqtisadi əməkdaşlığımıza toxunan Prezident İlham Əliyev son vaxtlar bu istiqamətdə mühüm addımların atıldığını, ölkələrimiz arasında hava nəqliyyatının yaradılmasının qarşılıqlı ticarətə müsbət təsir göstərdiyini deyib. Azərbaycan-Cibuti ikitərəfli əlaqələrinin gündəliyinin geniş olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Milli Assambleyanın sədri Mohamed Əli Huməd Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quellenin salamlarını dövlət başçısına çatdırıb. Mohamed Əli Huməd ölkəsinin Prezidentinin adından dedi ki, əmin ola bilərsiniz, Cibuti Respublikası bundan sonra da bütün sahələrdə və bütün səviyyələrdə Azərbaycanın tərəfində, yanında olacaq.
Qonaq bildirib ki, ölkələrimiz arasında əlaqələrin son vaxtlar inkişaf etməsinə baxmayaraq, əlaqələrimizin hazırkı səviyyəsi elə təəssürat yaradır ki, münasibətlərimiz uzun tarixə malik və çoxdan başlanan münasibətlərdir. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə toxunan Mohamed Əli Huməd parlamentdə bu qətnaməni tərəddüd etmədən qısa zamanda qəbul etdiklərini və bu qərarla qürur duyduqlarını deyib. Ölkələrimizin bir-birinə ümumi dini və mədəni tellərlə bağlı olduğunu deyən qonaq bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.
Dövlət başçısı Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quellenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Cibuti Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Saytda Axtarış

ახალი ამბები