Dalga Televiziyasi Azərbaycan prezidenti: “Gündən-günə azğınlaşan terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizə aparılmalıdır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2832
DünənDünən5773
Bu həftəBu həftə39548
Bu ayBu ay45336
Bu günə qədərBu günə qədər8406967

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan prezidenti: “Gündən-günə azğınlaşan terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizə aparılmalıdır”

Azərbaycan prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubda deyilir:

“Hörmətli cənab Prezident, Əl-Minya vilayətində avtobusun avtomat silahlardan atəşə tutulması nəticəsində əksəriyyəti uşaqlardan ibarət olan sərnişinlərin həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, gündən-günə azğınlaşan terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Saytda Axtarış

ახალი ამბები