Dalga Televiziyasi Tbilisidə ölkə qanunlarını pozan əcnəbilərə qarşı etiraz aksiyası keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4767
DünənDünən5773
Bu həftəBu həftə41483
Bu ayBu ay47271
Bu günə qədərBu günə qədər8408902

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə ölkə qanunlarını pozan əcnəbilərə qarşı etiraz aksiyası keçirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Tbilisinin mərkəzi Aqmaşenebeli küçəsində bu ölkədə qeyri-qanuni məskunlaşmış əcnəbilərə qarşı etiraz aksiyası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Gürcülərin yürüşü” adı altında keçirilən aksiya saat 20.00-da başlayıb.

Mindən çox insan təqribən iki kilometr yol qət edib. Onlar hökumətdən Gürcüstanda əcnəbilərə yaşayış hüququnun və vətəndaşlığın verilməsi qaydalarını sərtləşdirən “Emmiqrasiya haqqında” yeni qanun qəbul etməyi, Gürcüstan ərazisinə qeyri-qanuni gələn və qanunla nəzərdə tutulmuş vaxtdan artıq qalan xarici ölkə vətəndaşlarını, eləcə də kriminal ünsürlərin ölkədən təcili çıxarmağı tələb ediblər.

Onlar bildiriblər ki, ölkədə cinayətkarlığın, qeyri-leqal biznesin, əxlaqsızlığın, narkomaniyanın, narkotik maddələrin qanunsuz satışının artmasında məhz bəzi əcnəbilər günahkardırlar.

Aksiyaçılar ölkədəki qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsinin də qarşısının alınmasının vacibliyini bildiriblər.

Etirazçılar Gürcüstanda qanunların ən çox İran, Suriya, Türkiyə, Pakistan, Hindistan vətəndaşları tərəfindən pozulduğunu iddia ediblər.

Yürüş-mitinq metronun “Marcanaşvili” stansiyasının qarşısında başa çatıb.

Saytda Axtarış

Son xəbərlər