Dalga Televiziyasi Gürcüstanda müxalifət hakimiyyəti Marneulidə gərginlik yaratmaqda ittiham edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5665
DünənDünən6004
Bu həftəBu həftə36608
Bu ayBu ay42396
Bu günə qədərBu günə qədər8404027

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda müxalifət hakimiyyəti Marneulidə gərginlik yaratmaqda ittiham edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyasının liderlərindən olan David Bakradze azərbaycanlıların sıx yaşadığı Marneuliyə xüsusi təyinatlı polis dəstəsinin yerləşdirilməsini şərh edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, siyasətçi keçirdiyi brifinqdə deyib ki, hakimiyyət Marneulidə gərginlik yaratmaq və xalqın seçimini əlindən almaq istəyir: “İlkin nəticələrə görə, bizim Marneuli icra başçısına namizədimiz Əhməd İmamquliyev qələbə qazanır. Marneulidə yerli əhalinin dəstəklədiyi namizəd qalib gəlməlidir”.

“Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi Temur Abazov isə opponentlərini süni şəkildə gərginlik yaratmaqda ittiham edib. Onun sözlərinə görə, rayonda seçki prosesi ciddi qanun pozuntusu olmadan, sakit şəraitdə keçir.

Saytda Axtarış

Son xəbərlər