Dalga Televiziyasi David Usupaşvili: “Seçkilərin yüksək səviyyədə keçirilməsi milli qürur məsələsidir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1744
DünənDünən2809
Bu həftəBu həftə4553
Bu ayBu ay85126
Bu günə qədərBu günə qədər8574018

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


David Usupaşvili: “Seçkilərin yüksək səviyyədə keçirilməsi milli qürur məsələsidir”

alt

Gürcüstan parlamentinin hazırkı sədri, Respublikaçılar Partiyasının lideri David Usupaşvili 8 oktyabr parlament seçkilərini ləyaqətlə keçirməyi şərəf işi adlandırıb.

 
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, D. Usupaşvili bildirib ki, seçkilərin yüksək səviyyədə keçirilməsi milli qürur məsələsidir. O qeyd edib ki, bütün partiyalar və siyasi liderlər seçki administrasiyasının elan etdiyi nəticələri tanımalı və öz nəticələrinə istinad etməməlidirlər: “Bu, vacibdir. Gürcüstan siyasi azadlıq və seçki demokratiyası istiqamətində mühüm addımlar atıb və biz inamla Gürcüstan dövlətinə şərtsiz etibar etməliyik”.
 
D. Usupaşvili bir çox majoritar seçki dairələrində ikinci tur ola biləcəyini istisna etməyib: “Sabah axşam seçkilərin nəticələri məlum olmayacaq. Parlamentin gələcək üzvləri, hökumət və ictimaiyyət nümayəndələri mühüm imtahan qarşısındadır. Biz oktyabrın 8-dən başlayan yolu gələcək seçkilərə qədər ləyaqətlə keçməliyik”.
 
Qeyd edək ki, seçkilərdə 19 siyasi partiya, 6 seçki bloku və müstəqil namizədlər mübarizə aparacaq. Hazırkı parlament yeni seçilmiş parlamentin ilk toplantısına qədər öz səlahiyyətlərini icra edəcək.

Saytda Axtarış

ახალი ამბები