Dalga Televiziyasi Azərbaycan prezidenti Ərdoğana başsağlığı verib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1792
DünənDünən2809
Bu həftəBu həftə4601
Bu ayBu ay85174
Bu günə qədərBu günə qədər8574066

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan prezidenti Ərdoğana başsağlığı verib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir: “Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq.

Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”
Qeyd edək ki, dekabrın 17-də Türkiyənin Kayseri şəhərində hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 13 nəfər şəhid olub, 48-i hərbçi, 7-si mülki şəxs olmaqla 55 nəfər yaralanıb.

Saytda Axtarış

ახალი ამბები