Dalga Televiziyasi Gürcüstan baş nazirinin müşaviri udduğu pulu Azərbaycandilli məktəbə hədiyyə edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2736
DünənDünən6240
Bu həftəBu həftə27675
Bu ayBu ay33463
Bu günə qədərBu günə qədər8395094

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan baş nazirinin müşaviri udduğu pulu Azərbaycandilli məktəbə hədiyyə edib

Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari Qardabani rayonu Qaratəhlə kəndinin Azərbaycandilli məktəbinə baş çəkib.

"Report”un yerli bürosu xəbər verir ki, S.Subari məktəbə 3 min lari dəyərində gürcü dilində kitablar, foto və audio texnika hədiyyə edib.

Bildirilib ki, baş nazirin müşaviri qeyd olunan məbləği Gürcüstanın İctimai televiziya kanalında yayımlanan bilik yarışı proqramında udub. Qaratəhlə kənd məktəbinin şagirdləri S.Subarini həmin verilişdə dəstəkləyiblər.

Bununla yanaşı, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən məktəbə idman ləvazimatları və inventar da təqdim olunub.

Tədbirdə Qardabani rayonunun başçısı Ramaz Budaqaşvili, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, məktəb rəhbərliyi və digər şəxslər iştirak ediblər. 

Saytda Axtarış

ახალი ამბები